• Toyuq bükməsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 567

Tarix : 20-11-2014, 18:00

Bölmə : Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2/1 toyuq
göyərti (hansını xoşlayırsınız)
150 q pendir
100 q mayonez
1 baş soğan
2 duzlu xiyar
1 qurudulmuş istiot
sirkə
lavaş
Toyuq bükməsi resepti - FOTO RESEPT


Hazırlanması:
Qurudulmuş acı istiotun üzərinə qaynar su töküb ağzına qapaq qoyun, 10 dəqiqə saxlayıb yenidən qaynar su əlavə edin. Pendiri sürtgəcdən keçirin. Göyərtini doğrayın. Pendiri, göyərtini və mayonezi qarışdırın. Yumşalmış acı istiotun dənələrini çıxarın, özünü xırdalayıb doğranmış toyuğa əlavə edin. Toyuğu duzlayıb, istiotlayın, üzərinə azca sirkə tökün. 40 dəqiqə saxladıqdan sonra toyuğu 20 dəqiqə bişirin.
Duzlu xiyarı və soğanı doğrayıb qarışdırın. Bişmiş toyuğu sümükdən ayırın. Xırda doğrayın.
Lavaşları açıb sıra ilə düzün: əvvəlcə pendirli qarışığı, sonra toyuq ətini, lap axırda duzlu xiyarla soğan qarışığını. Sonra lavaşı rulet kimi səliqəylə bükün, kənarları açıq qalmasın. İkitərəfli qızardın. Süfrəyə verərkən doğrayın.
Toyuq bükməsi resepti - FOTO RESEPT

Toyuq bükməsi resepti - FOTO RESEPT

Toyuq bükməsi resepti - FOTO RESEPT

Toyuq bükməsi resepti - FOTO RESEPT

Toyuq bükməsi resepti - FOTO RESEPT

Toyuq bükməsi resepti - FOTO RESEPT

Toyuq bükməsi resepti - FOTO RESEPT

Toyuq bükməsi resepti - FOTO RESEPT

Toyuq bükməsi resepti - FOTO RESEPT

Toyuq bükməsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: doğrayın, dəqiqə, sonra, istiotun, toyuq, sirkə, Pendiri, duzlu, soğan, toyuğu, əlavə, qaynar, üzərinə, qarışdırın, düzün, pendirli, əvvəlcə, Xırda, Lavaşları, sümükdən
BİZİ İZLƏYİN