• Kəsmikli rulet resepti

Reseptin məlumatları Baxış sayı: 16 157

Tarix : 15-12-2014, 22:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q kəsmik
1-2 pomidor
şüyüd - zövqə görə
sarımsaq - zövqə görə
nanə - zövqə görə
duz
istiot
1 x.q. mayonez və ya kərə yağı
qida plyonkası və ya folqa (ruleti bükmək üçün)

Hazırlanması:
Sarımsağı əzin, nanəni çox xırda doğrayın.

Dərin ləyəndə kəsmik, nanə, sarımsaq, mayonez, duz-istiotu qarışdırın.

4-5 yarpaq nanə bəs edər: o, başqa ərzaqların ətrini öldürməməlidir.

Şüyüdü xırda doğrayın, pomidoru xırda kubik doğrayın - bunlar ruletin içi olacaq.

Masanın üzərinə qida plyonkası və ya folqa çəkin, kəsmik qarışığını bərabər qaydada yayıb hamarlayın. Şüyüd səpin. Ortadan pomidorları düzün.

Suşi necə bükülürsə, o qaydada da rulet kimi bükün. Çalışın, sıx olsun, içi tökülməsin.

Rületi bükəndən sonra plyonkanı və ya folqanı çıxarmadan soyuducuya qoyun. Formasını saxlamaq üçün o bir qədər donmalıdır.

Süfrəyə verməzdən əvvəl plyonka və ya folqanı açın, fal-fal doğrayın. Kahı yarpaqlarının üstünə qoya, nanə yarpaqları, çerri pomidoru, qızılgül kimi bükülmüş xiyar dilimləri ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: doğrayın, xırda, kəsmik, zövqə, olsun, folqanı, pomidoru, folqa, qaydada, plyonkası, mayonez, sarımsaq, çıxarmadan, rulet, soyuducuya, qoyun, bükülürsə, plyonkanı, sonra, Rületi
BİZİ İZLƏYİN