• Mersin tantunisi və soğan salatı

Reseptin məlumatları Baxış sayı: 16 601

Tarix : 23-04-2015, 16:00

Bölmə : Qəlyanaltılar / Salatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi (4-6 əd.):
tantuni:

1 kq az yağlı qiymə
1 ç.q. qara istiot
1 ç.q. duz
1 ç.q. pul bibər
1 ç.q. zirə
ədviyyat (zövqə görə)
lavaş

soğan salatı:
3 baş ağ soğan
yarım dəstə cəfəri
3 pomidor
sumax
duz
limon suyu

Hazırlanması:
Qiyməni vam odda 15 dəqiqə, suyunu buraxıb çəkənə qədər bişirin, sonra az-az su əlavə edin, tam bişdikdən sonra ocaqdan götürün. Vam odda bişməsi önəmlidir.
Ət bişən müddətdə soğan salatını hazırlayın. Soğanı soyub nazik doğrayın. Bir az duz qatıb əlinizlə ovun, acısı çıxsın deyə çoxlu suyla yuyun.
Soğanın suyunu süzün, sumax qatıb əlinizlə qarışdırın.
Cəfəri və pomidorları doğrayın, limon şirəsi, duz qatıb qarışdırın.
Bişmiş ətə duz, ədviyyat qarışdırın, lavaşın ortası boyu ət və soğan salatı qoyun, dürmək kimi bükün.

Nuş olsun!
Etiketlər: soğan, qarışdırın, qatıb, salatı, sumax, sonra, doğrayın, əlinizlə, suyunu, limon, ədviyyat, dürmək, qoyun, çıxsın, bükün, olsun, Soğanı, soyub, nazik
BİZİ İZLƏYİN