• Şakşuka resepti

Reseptin məlumatları Baxış sayı: 15 472

Tarix : 14-03-2016, 14:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
2 banka qara lobya konservi
2 diş sarımsaq
5 pomidor
6-8 yumurta
acı istiot
şüyüd
keşniş
qara istiot
zeytun yağı
duz
şəkər tozu

Hazırlanması:
Doğranmış sarımsağı yağda qovurun.
Sarımsağın iyi çıxanda doğranmış acı istiotu əlavə edin.
Təxminən 2 dəqiqə sonra qabığı soyulub iri doğranmış pomidorları əlavə edin.
Duz, istiot, şəkər tozu səpin.
Pomidorlar dibə yatıb, sous qatılaşacaq. Doğranmış şüyüd səpin.
Süzülmüş lobyanı əlavə edin. Dadına baxıb duz-istiotunu ayarlayın. Daha 5 dəqiqə bişirin.
Yumurtaları əlavə edin.
Boşqaba yuxa döşəyin, şakşukanı çəkin. Üzərinə doğranmış keşniş səpin.

Nuş olsun!
Etiketlər: əlavə, istiot, səpin, doğranmış, dəqiqə, keşniş, şəkər, şüyüd, Doğranmış, çəkin, Süzülmüş, şakşukanı, qatılaşacaq, Üzərinə, olsun, Pomidorlar, yatıb, lobyanı, Dadına, bişirin
BİZİ İZLƏYİN