• Göyərti və zirə ilə ev pendiri resepti

Reseptin məlumatları Baxış sayı: 14 025

Tarix : 8-03-2016, 11:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 l qatıq
1 l süd
6 yumurta
4 ç.q. duz (və ya zövqə görə)
1/3 ç.q. üyüdülmüş qırmızı istiot
1 çimdik zirə
1 diş sarımsaq
1 dəstə müxtəlif göyərtilərin qarışığı (şüyüd, keşniş, göy soğan)

Hazırlanması:
Yumurtaları duzla azca çalın. Göyərtini doğrayın. Sarımsağı əzin.
Qazana qatıqla südü töküb ocağın üstünə qoyun. Qaynara düşməmiş çaldığınız yumurtanı nazik axınla (qarışdıraraq) əlavə edin. Qarışdıra-qarışdıra qaynara düşməsini gözləyin, sonra ocağı azaldın və yenə də qarışdıraraq daha bir neçə dəqiqə, ayranı ayrılınca bişirməyə davam edin.
Ocaqdan götürün, 1-2 dəqiqə soyudun, sonra göyərti, qırmızı istiot, sarımsaq və zirəni əlavə edin.
Aşsüzənə cunanı ikiqat döşəyin. Kütləni içinə süzün. Qaşıqla hamarlayın.
Cunanı bağlayın, ayranı axıb getsin. Sonra cunanı açın, pendir topasının üstünə cüna çəkin, üstünə boşqab qoyun, boşqabın üstünə isə yük qoyun (məsələn, ağzıbağlı bankada su).
Soyuducuda 1 neçə saat saxlayın. Məsələn, axşam hazırlamısınızsa, sabahı gün səhər yeməyində istifadə edə bilərsiniz.
Qara çörək və pomidorla əla dadı olur.

Nuş olsun!
Etiketlər: üstünə, qoyun, sonra, əlavə, qarışdıraraq, sarımsaq, cunanı, ayranı, qırmızı, dəqiqə, istiot, hamarlayın, Qaşıqla, Cunanı, bağlayın, götürün, soyudun, süzün, içinə, ikiqat
BİZİ İZLƏYİN