• Meqreliya xaçapurisi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 452

Tarix : 25-02-2016, 14:00

Bölmə : Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 ml süd (və ya su)
0,5 ç. q. şəkər tozu
1/3 ç. q. duz
0,5 ç. q. quru maya (3 q)
350 q un
30 q marqarin və ya kərə yağı
1 yumurta (üzərinə)
250-300 q suluquni və ya imeretiya pendiri

Hazırlanması:
Mayanı unla qarışdırın. İsti süddə və ya suda şəkər tozu və duzu həll edin, un qatıb xəmir yoğurun. Əlinizə yapışmayanadək yoğurun. Sonda xəmirə yumşaldılmış yağ qatın. Üzərinə dəsmal çəkib isti yerdə 1-1,5 saat saxlayın. Bu müddətdən sonra bir dəfə ətləyib daha yarım saat saxlayın.
Xəmiri yayın. Ortasına sürtgəcdən keçirilmiş pendirin 2/3-ni səpin, xəmirin qıraqlarını ortaya doğru qatlayıb bitişdirin.
Yayın, ortasında xırda deşik açın.
Yağlanmış siniyə qoyun. Üzərinə çalınmış yumurta çəkib pendirin qalanını üzərinə səpin.
220 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sobadan çıxaran kimi doğrayın.

Meqreliya xaçapurisi resepti - FOTO RESEPT

Meqreliya xaçapurisi resepti - FOTO RESEPT

Meqreliya xaçapurisi resepti - FOTO RESEPT

Meqreliya xaçapurisi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Üzərinə, çəkib, yoğurun, saxlayın, səpin, pendirin, üzərinə, yumurta, şəkər, Yayın, ortasında, xırda, doğru, qıraqlarını, xəmirin, ortaya, deşik, qatlayıb, bitişdirin, qoyun
BİZİ İZLƏYİN