• Pomidorlu pendirli omlet resepti

Reseptin məlumatları Baxış sayı: 16 408

Tarix : 11-12-2015, 11:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 yumurta,
3 şorba qaşığı süd,
İstiot və duz,
6 şorba qaşığı rəndələnmiş holland pendiri,
2 ədəd soğan,
4 dənə pomidor,
3 şorba qaşığı marqarin,
Təzə ədviyyatlar,

Hazırlanması:
Yumurta və südü çırpıb duz və istiotla dadlandırın.
3 şorba qaşığı rəndələnmiş holland pendirini də əlavə edin.
Soğanı soyub kiçik –kiçik doğrayın.
Pomidorları yuyub dilimləyin.
Soğanı bir şorba qaşığı marqarində qovurun.
Pomidoru əlavə edib bütöv ərzaqları bir yerdə qovurun və duz və istiotla dadlandırın.
Qarışığı tavadan alıb soyumayacaq şəkildə gözlədin.
Iki yapışmaz tavada marqarini əridin.
Yumurtalı qarışığı tavalara paylaşdırıb bişirin.
Üzərlərinə pomidorları və geri qalan pendiri tökün.
Sonra hər iki omleti ikiyə katlayıb ortadan bölün.
Pomidorlu Pendirli Omlet üzərlərinə təzə ədviyyatları səpib isti halda servis edin.

Nuş olsun!
Etiketlər: şorba, qaşığı, istiotla, dadlandırın, Soğanı, pendiri, qovurun, əlavə, rəndələnmiş, holland, Üzərlərinə, bişirin, olsun, pomidorları, tökün, qalan, paylaşdırıb, tavada, Yumurtalı, əridin
BİZİ İZLƏYİN