• Ev qatığı resepti

Reseptin məlumatları Baxış sayı: 14 316

Tarix : 23-02-2016, 21:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
1 l. təzə süd
1 qaşıq qatıq

Hazırlanması:
Südü 8-10 dəqiqə qaynadın. Sonra südü mayalayacağınız qaba boşaldın və soyumasını gözləyin. Qatığın mayalanması üçün ideal temperaur 43-45 dərəcədir.

Bir neçə qaşıq südlə qatığı qarışdırın.

Sonra bu qatıqlı südü mayalanacaq olan südə qarışdırın (süd qaymaq tutubsa qaymağı pozmadan ehtiyatla qarışdırın).

Qabın qapağını örtün, qalın dəsmalla hər tərəfini örtün.

4-5 saat qabı hərəkət etdirməyin, dəsmalı açmayın.

Bundan sonra qabın qapağını açın, bir saat gözlədin. Sonra soyuducuya qapağı açıq olaraq qoyun. Soyuducuda təqribən 1 gün qapağı açıq olaraq gözlədin.

Nuş olsun!
Etiketlər: Sonra, qarışdırın, qapağı, gözlədin, olaraq, qapağını, qaşıq, örtün, hərəkət, etdirməyin, tərəfini, dəsmalla, dəsmalı, qalın, Qabın, sonra, Soyuducuda, təqribən, olsun, qoyun
BİZİ İZLƏYİN