• Acılı əzmə resepti

Reseptin məlumatları Baxış sayı: 20 574

Tarix : 1-09-2015, 15:00

Bölmə : Qəlyanaltılar / Salatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd böyük ölçülü pomidor
0,5 dəstə yaşıl soğan
0,5 dəstə cəfəri
0,5 yemək qaşığı bibər tomatı (püresi)
4 diş sarımsaq
2 ədəd bibər
1 çay qaşığı quru nanə
Zövqə görə duz
1 çay qaşığı pul bibər
0,5 ədəd limonun suyu və ya narşərab
Yetəri qədər zeytun yağı

Hazırlanması:
Acılı əzmə hazırlamaq üçün əvvəlcə pomidor, bibər, soğan və cəfəri yuyulur, suyunun süzülüb quruması üçün biraz gözlənilir. Sarımsaqlar qabıqlardan təmizlənir.
Bunlar hazır olduqdan sonra pomidorlar, yaşıl bibərlər, təzə soğan və cəfəri incə – incə doğranılır.
Bibər tomatı, duz, quru nanə, qırmızı pul bibər yaxşıca qarışdırılır.
Qabıqları təmizlənən sarımsaqlar ya həvəngdəstə köməyi ilə əzilir və yaxud da rəndədən keçirdilir. Bu əzilmiş sarımsaq kütləsi də tomat qarışığına əlavə edilir və hamısı birlikdə yenə də qarışdırılır. Hazırladığımız qarışığın üzərinə sıxdığımız yarım limonun suyunu və ya narşərab əlavə edilir.
Bundan sonra doğranmış pomidor, yaşıl bibər, yaşıl soğan və cəfərini də buraya əlavə edirik. Bunları da qarışdırırıq.
Acılı əzmə qarışığına bütün məhsulları qarışdırdıqdan sonra ən sonda zeytun yağı əlavə edirik.
Süfrədə yeməklərin yanında soyuq halda verilir.

Nuş olsun!
Etiketlər: bibər, əlavə, yaşıl, soğan, qaşığı, cəfəri, pomidor, sonra, edirik, limonun, edilir, narşərab, zeytun, qarışığına, sarımsaq, tomatı, qarışdırılır, dəstə, birlikdə
BİZİ İZLƏYİN