• Ciyər Paşteti resepti

Reseptin məlumatları Baxış sayı: 16 965

Tarix : 11-03-2016, 15:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
1 kilo qaraciyər (qoyun və ya mal)
2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün)
1 böyük baş soğan, xırda doğranmış
2 orta boy yerkökü, soyutma bişirilmiş və təmizlənmiş
duz, zövqə görə
istiot, zövqə görə
2/3 çay fincanı (170 qram) kərə yağı, yumşaldılmış (əritməyin!)
Nəzərə alın ki, toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir.

Hazırlanması:
1 Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun.
2 Tavaya 2 xörək qaşığı yağ töküb qızdırın. Xırda doğranmış soğanı bu yağda qızardın (təxminən 7 dəqiqə çəkir). Qızarmış soğanı və soyutma yerkökünü ayrı-ayrı ət maşını və ya blenderdən püre halına gələnə kimi keçirin.
3 Çəkilmiş ciyər¸ soğan¸ və yerkökünü bir yerdə ət maşını və ya blenderdən püre halına gələnə kimi keçirin. Uzərinə zövqə görə duz və istiot əlavə edin.
4 Alınan kütləni bıçaqla kalka kağızının üzərinə qalınlığı təxminən 0.6 sm¸ uzunluğu 35 sm¸ eni isə 25 sm olan düzbucaq şəklində yayın. Sonra isə yumşalmış kərə yağını bıçaqla paştetin üzərinə yaxın.
5 Kalka kağızını ehtiyyatla qaldıraraq paşteti rulet kimi qatlayın və eyni kalka kağızına bükün. Ən azı 2 saat soyuducuda saxlayın. Bu paştet soyuducuda nə qədər çox qalsa bir o qədər yaxşıdır - rulet özünü tutar. Süfrəyə verəndə orta qalınlıqda dilimlərə doğrayın. Bu paştet soyuducuda bir həftəyə dək saxlanıla bilər.

Nuş olsun!
Etiketlər: soyuducuda, zövqə, qoyun, keçirin, gələnə, təxminən, qədər, halına, paştet, fincanı, istiot, bıçaqla, yerkökünü, dəqiqə, üzərinə, rulet, ciyəri, kalka, soyutma, blenderdən
BİZİ İZLƏYİN