• Meksikasayağı pendirli kesadiya (quesadilla) resepti

Reseptin məlumatları Baxış sayı: 15 076

Tarix : 10-01-2016, 17:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4


Tərkibi:
4 tortiya çörəyi və yaxud lavaş (lavaş çox nazikdirsə, 8 lavaş)
Təxminən 2 stəkan sürtgəcdən keçirilmiş pendir (Çedar pendiri, Hollad pendiri, Mozarella pendirili – bunların qarışığından istifadə edə bilərsiniz)
kərə yağı

Hazırlanması:
Tortiya və yaxud lavaşın yarısına şəkildə gördüyünüz kimi pendir səpin.
Lavaşın digər tərəfiylə pendiri örtün.
Teflon tavada bir çay qaşığı kərə yağı əridin. Kesadiyanın hər iki tərəfini qızardın. Hər kesadiya üçün kərə yağı qızdırın. Bir başqa variant əsasında kesadiyaları yağsız tavada bişirə bilərsiniz, sonra isə üstünə kərə yağı çəkib süfrəyə verə bilərsiniz.
Bişən kesadiyaları isti-isti doğrayıb süfrəyə verin.

Nuş olsun!
Etiketlər: bilərsiniz, kesadiya, pendir, lavaş, tavada, yaxud, pendiri, variant, başqa, Tortiya, nazikdirsə, unundan, Kesadiya, hazırlaya, doğranmış, lavaşdan, süfrəyə, üstünə, kesadiyaları, ispanca
BİZİ İZLƏYİN