• Çeçil pendir resepti

Reseptin məlumatları Baxış sayı: 18 000

Tarix : 13-06-2016, 13:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yağsız inək südü: 7-8 litr
Turşumuş inək südü: təqribən: 1,5 litr
Pendir mayası (evdə qursaqdan da hazırlamaq mümkündür). Bu zaman pendir daha ləzzətli olur.

Hazırlanması:
İnək südü əvvəlcə təqribən 30 dərəcəyə qədər isidilir. Bu 30 dərəcəyə isidilən inək südünün içərisinə turşumuş süd əlavə edilir. İsidilmiş inək südü ilə turşumuş süd bir – birinə qarışdırılır. Bu qarışdırılan südlər, sərin bir yerdə gözlədilir. Bu proses təqribən 10-18 saat davam edir. 10-18 saat gözlədilib dincəldilən süd artıq pendir hazırlamaq üçün hazırdır.
10-18 saat gözlədilib dincəldilən südə maya (qursaq mayası) əlavə edilir. Mayanın fermentasiyası üçün mayalı süd 15 dəqiqə yenə gözlədilir.
15 dəqiqə sonra mayalanmış süd təqribən 60 dərəcəyə isidilir. Bu isitmə fəaliyyəti təqribən 45 dəqiqə davam edir.
Vam odda 45 dəqiqə isidilən mayalı süddən yavaş – yavaş Dələmə pendiri meydana gəlməyə başlayır. Bu zaman isti qarışığın üzərinə şəffaf maye meydana gəlməyə başlayır. Bu şəffaf maye mümkün olduğu qədər bir qab vasitəsi ilə pendir olan qazandan alınır.
Şəffaf mayenin bir hissəsi alındıqdan sonra Dələmə pendiri yavaş-yavaş qarışdırılaraq bişirilir.
Bundan sonra dələmə pendiri elə eyni qazanda da isti – isti yoğrululur.
Bişib yoğrulan dələmə pendiri daha sonra çəkilib yoğun kəndir kimi uzadılır. Bu nazik uzun pendir kütləsi bir ağac asqı üzərinə “V” hərfi formasında asılaraq təqribən 0,5 – 1 saat gözlədilir. Bu zaman çeçil pendir həm soyuyur, həm də artıq suyunun bir hissəsini verir. Artıq pendir hazırdır.
İstəyə görə çeçil pendir qaba toplanırkən üzərinə duz səpilir. Bu zaman ləzzətli və sağlamlıq üçün qaya duzu istifadə etmək məsləhətdir.
Yaxıd da duz vurmadan pendirin öz mayesinin içərisində saxlamaq mümkündür.
Motal pendiri hazırlayarkən pendir təmiz suyla yuyulur, suyu təmizləndikdən sonra pendir duzlanır, didilir və motala əlavə edilir.

Nuş olsun!
Etiketlər: pendir, təqribən, sonra, pendiri, yavaş, zaman, dəqiqə, gözlədilir, dərəcəyə, üzərinə, edilir, əlavə, artıq, gözlədilib, davam, dincəldilən, hazırdır, Dələmə, dələmə, çeçil
BİZİ İZLƏYİN