• Ev üsulu maskarpone resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 314

Tarix : 28-10-2016, 16:00

Bölmə : Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
400 ml 15-20 %-li pasterizə olunmuş qaymaq
1 ç.q. limon şirəsi

Hazırlanması:
Qaymağı qaba töküb su hamamına qoyun. Vam odda daim qarışdıraraq suyu qaynama həddinə çatdırın (təxminən 85 dərəcə, yəni su qaynamağa macal tapmasın). Həmin vaxt qaymağı su hamamından götürün, 1 ç.q. limon şirəsi əlavə edib qarışdırın.
Yenidən qabı su hamamına qaytarın. Vam odda daim qarışdırın. Bir müddət sonra qaymaq qatığa oxşayacaq, sonra isə qatı kremə bənzəyəcək. Bu, 5-20 dəqiqə çəkə bilər (qaymaqdan asılıdır). Qatı krem halına gələndə su hamamından götürüb 15 dəqiqə soyudun.
Ələyin içinə 4 qatlanmış cuna, yaxud pambıq parça döşəyin. Pendiri içinə tökün. 40 dəqiqə-1 saat süzülməsini gözləyin. Sonra cunanın kənarlarını yığıb bağlayaraq asın, 1 saat süzüldükdən sonra yenidən ələyin içinə qoyun, üzərinə 300 q ağırlığında yük yerləşdirərək soyuducuda 8-9 saat (bir gecə) saxlayın.

Ev üsulu maskarpone resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: sonra, dəqiqə, içinə, qaymaq, qarışdırın, limon, hamamına, qoyun, şirəsi, hamamından, döşəyin, Pendiri, tökün, parça, qatlanmış, Ələyin, soyudun, süzülməsini, yaxud, pambıq
BİZİ İZLƏYİN