• Dukka resepti

Reseptin məlumatları Baxış sayı: 13 106

Tarix : 2-08-2016, 15:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
fındıq
badam
keşyu
fıstıq
sidr qozası
4 x.q. küncüt
2-3 x.q. keşniş toxumu
1-2 ç.q. zirə
1 ç.q. şüyüd toxumu
1 ç.q. qara istiot
1 ç.q. dəniz duzu

əlavə:
limon sedrası
sarıkök

Hazırlanması:
Dukka - (dukkah) - zeytun yağı və çörəklə yeyilir: çörəyi əvvəlcə zeytun yağına, sonra isə dukkaya batırıb yeyirlər. Həmçinin dukkanı şorbalara, raquya, makarona, bişmiş tərəvəzə də əlavə edirlər. Onu pendir və yumurta ilə də süfrəyə verir, avokadonu qızartmazdan öncə dukkaya batırırlar.

Hazırlanma qaydası: fındıq, badam, keşyu, fıstıq, sidr qozasını sobada 10 dəqiqə qovurun.
Küncüt, keşniş toxumu, zirə (sevmirsinizsə, götürməyə bilərsiniz), şüyüd toxumu, qara üyüdülmüş istiot və dəniz duzunu tavada 3-4 dəqiqə qovurun. Əlavə olaraq limon sedrası və rəng üçün sarıkök əlavə edə bilərsiniz. Mətbəx kombaynında, yaxud həvəngdəstədə əzib qarışdırın.

Fotoda iki dukka var - badam və sarıköklə, fındıq və fıstıqla.

Nuş olsun!
Etiketlər: toxumu, əlavə, badam, fındıq, zeytun, sarıkök, limon, qovurun, bilərsiniz, dukkaya, dəqiqə, sedrası, keşniş, dəniz, şüyüd, fıstıq, keşyu, istiot, götürməyə, üyüdülmüş
BİZİ İZLƏYİN