• Boyat çörəklə qəlyanaltı resepti

Reseptin məlumatları Baxış sayı: 13 889

Tarix : 23-01-2017, 14:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Boyat çörək
Duzlu ağ pendir
Holland pendiri
Yumurta
Cəfəri
kərə yağı
(ölçülər istəyə görədir)

Hazırlanması:
Çörəyi dörtkünc formada doğrayırıq.
Ağ pendiri əzib çörəyin üzərinə əlavə edirik.
Holland pendirini də doğrayıb və ya sürtkəcdən keçirib, çörəyin üzərinə əlavə edirik.

Cəfərini doğrayırıq, yumurtaları da çalıb çörəyin üzərinə əlavə edirik və yaxşıca qarışdırırıq.

Tavaya "Wellington" kərə yağını töküb əridirik və qarışığı tavaya hər tərəfli yayırıq. Bir tərəfi qızarandan sonra qapaq və ya boşqabın köməyi ilə çeviririk. Hər iki üzünü qızardıb, isti-isti servis edirik.

Nuş olsun!
Etiketlər: edirik, əlavə, üzərinə, çörəyin, pendiri, Holland, doğrayırıq, tərəfli, tavaya, əridirik, Tavaya, Wellington, yağını, töküb, qarışığı, yayırıq, çeviririk, üzünü, qızardıb, servis
BİZİ İZLƏYİN