• Panini resepti

Reseptin məlumatları Baxış sayı: 17 168

Tarix : 2-01-2016, 18:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 iri dilim çörək
2 dilim vetçina
zövqə görə 2 dilim pendir
4 reyhan yarpağı
bibər
duz, istiot zövqə görə

Hazırlanması:
Bir qat çörək, bir qat vetçina, sonra 2 reyhan yarpağını düzüb, bibər töküb, pendiri, qalan reyhanı yayırıq və üzərinə bir dilim çörək qoyuruq.

Duz və istiotu zövqə görə əlavə eliyə bilərsiniz, lakin pendirin və vetçinanın sayəsində buna heç ehtiyac da yoxdur.

Əgər toster və ya dəmir vafliniz varsa, yeməyi ora qoyub, qızılı rəng alana qədər qızardırıq. Əgər yoxdursa, yağsız qızmış tavaya qoyub, üzərindən basaraq iki tərəfidə xırçıldılı olana qədər qızardırıq.

Nuş olsun!
Etiketlər: dilim, zövqə, çörək, qoyub, qızardırıq, qədər, bibər, reyhan, vetçina, qızılı, alana, yoxdur, varsa, dəmir, vafliniz, toster, yeməyi, tavaya, tərəfidə, xırçıldılı
BİZİ İZLƏYİN