• İçi doldurulmuş şampinyonlar resepti

Reseptin məlumatları Baxış sayı: 14 983

Tarix : 3-01-2016, 18:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q şampinyon
50 q pendir
2 diş sarımsaq
2 xörək qaşığı zeytun yağı
şüyüd
50 q zeytun
zövqə görə duz və istiot

Hazırlanması:
Şampinyonları yuyun, alt hissələrini ayırıb xırdalayın və zeytun yağında qızardın.
Pendiri sürtkəcin xırda gözündən keçirin, sarımsağı əzin, şüyüdü isə xırdalayın.
Qızardılmış göbələkləri, pendiri, sarımsağı və şüyüdü birləşdirin, üzərinə duz, istiot və zeytun yağı əlavə edib yaxşıca qarışdırın.
Göbələklərin üst hissəsini yağ çəkilmiş tavaya düzün. Hər göbələyin içinə bir az alınmış qarışıqdan qoyun. Lakin diqqət edin ki, o həddən artıq çox olmasın, çünki bişirmə zamanı pendir əriyib göbələklərin kənarlarından axacaq.

İçi doldurulmuş şampinyonların üzərindəki pendir qızaranadək təxminən 30 dəqiqə ərzində 180°С qızdırılmış sobada bişirin.
Sobadan göbələkləri çıxarın və isti-isti hər göbələyin üzərinə bir zeytunun yarısını yerləşdirin.

Nuş olsun!
Etiketlər: zeytun, pendir, göbələkləri, xırdalayın, istiot, sarımsağı, üzərinə, göbələyin, şüyüdü, əriyib, zamanı, kənarlarından, göbələklərin, olmasın, diqqət, Lakin, qoyun, həddən, artıq, çünki
BİZİ İZLƏYİN