• Düyü ilə leço resepti

Reseptin məlumatları Baxış sayı: 16 300

Tarix : 27-07-2014, 03:24

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kq pomidor
1 kq yerkökü
1 kq baş soğan
1 kq şirin bibər
3 baş sarımsaq
1 st. düyü
1 st. şəkər tozu
1 st. bitki yağı
duz – zövqə görə

Hazırlanması:
Soğanla yerkökünü təmizləyib yuyun. Soğanı xırda kubik doğrayın, yerkökünü isə sürtgəcin orta gözündən keçirin.
Bolqar bibərlərinin toxumunu təmizləyin, yuyub nazik şəridlərə doğrayın.
Sarımsağı sarımsaqəzənlə xırdalayın.
Pomidorları yuyub ət maşınından keçirin. Sonra qazana yığıb iti ocağın üstünə qoyun. Qaynara düşəndən sonra ocağı azaldın, ağzını örtüb 1 saat bişirin. Yuyulmuş düyü əlavə edib daha 40 dəqiqə bişirin. Sonra ocağı artırıb duz, istiot, sarımsaq, bitki yağı, yerkökü, soğan və bibəri əlavə edin. Yaxşıca qarışdırın. Qaynara düşəndən sonra 40 dəqiqə bişirin.

Sonra elə qaynayan qazandan götürüb sterilizə edilmiş bankalara yığın. Ağzını bağlayın. Tərs çevirin, üstünü ədyalla örtüb tam soyuyandan sonra sərin yerdə saxlayın.

Nuş olsun!
Etiketlər: sonra, Sonra, bişirin, əlavə, dəqiqə, doğrayın, yuyub, keçirin, örtüb, yerkökünü, sarımsaq, ocağı, soğan, Qaynara, bitki, düşəndən, yerkökü, bibəri, Yaxşıca, artırıb
BİZİ İZLƏYİN