Tərkibi:130 qr un
300 ml süd
150 qr pendir
2 ədəd yumurta
1 dəstə cəfəri
1 ç/q qabartma tozu
1 ç/q şəkər tozu
1 ç/q duz
1 bardaq bitki yağı
50 qr kərə yağı
1 diş sarımsaq
Hazırlanması:Cəfəriləri isti suda yuyur və xırda şəkildə doğrayırıq.
Pendiri sürtkəcin xırda gözündən keçiririk.
Unu ələyirik. Unutmayın, ələnmiş un daha keyfiyyətli olur.
Sarımsağı xüsusi cihazla doğrayın və ya əzin.
Yumurtanı qırırıq, üzərinə duz və şəkər tozunu əlavə edərək mikserlə yumurtanı çalırıq. Çalınmış yumurtanın üzərinə süd əlavə edirik.
Daha sonra alınmış məhlulun üzərinə sarımsaq, cəfəri, pendir və bitki yağını əlavə edirik.
Bişirmədən əvvəl bir daha bu qarışımı mikserdə yaxşı qarışdırırıq.
Əvvəlcədən yağlanmış tavada blinçikləri qızardırıq. Hazır olan blinçiklər quru olmasın deyə, bişdikdən sonra onu biraz yağlamağı unutmayın.
Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, bitki, sarımsaq, xırda, sonra, pendir, şəkər, cəfəri, edirik, Bişirmədən, əvvəl, yağını, qarışımı, Çalınmış, mikserdə, yumurtanın, alınmış, məhlulun, yağlanmış