• Yulaflı krekerlər resepti

Reseptin məlumatları Baxış sayı: 11 573

Tarix : 25-11-2016, 14:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
40 qr balqabaq tumu
40 qr günəbaxan tumu
30 qr küncüt
30 qr qaraçörəkotu
30 qr yulaf
65 qr un
1 ç.q. duz
⅛ ç.q. qabartma tozu
2 x.q. zeytun yağı
4 x.q. soyuq su

Hazırlanması:
1. Soba 180 C qızdırılır. Bütün quru inqrediyentlər dərin qaba tökülür, qarışdırılır.
2. Digər qabda su və yağ qarışdırılır. Məhlul quru inqrediyentlərin üzərinə tökülür, qarışdırılır.
3. Alınan məhlul perqament kağızı üzərinə tökülür və üzəri digər perqament kağızı ilə örtülür. Xəmir 5 mm qalınlığında yayılır. Bıçaqla istədiyiniz formada kəsilir.
4. 12-18 dəqiqə ərzində bişirilir. Hazır krekerlər soyudulur. Öncədən cızılmış xətlər üzrə kəsilir.

Nuş olsun!
Etiketlər: tökülür, qarışdırılır, kəsilir, üzərinə, perqament, kağızı, istədiyiniz, Bıçaqla, yayılır, örtülür, qalınlığında, Xəmir, formada, soyudulur, Öncədən, cızılmış, xətlər, krekerlər, Hazır, dəqiqə
BİZİ İZLƏYİN