• İçlikli qayqanaq resepti

Reseptin məlumatları Baxış sayı: 14 271

Tarix : 27-11-2016, 22:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta
0,5 st. süd
azca duz

İçlik üçün:
1 ədəd bolqar bibəri
3 göbələk
2 pomidor
duz, istiot
50 qr. holland pendiri
Qızartmaq üçün yağ

Hazırlanması:
Bibər, soyulmuş pomidor, göbələk xırda doğranır və qarışdılır.
Tavaya yağ qoyulur və tərəvəzlər yağda hazır olanadək qovurulur.
Yumurta mikserlə çalınır və bura süd əlavə edilib bir daha çalınır. Duz əlavə edilir.
Tavaya yağ tökülür və qızmış tavaya süd-yumurta qarışığı tökülür.
Qayqanaq özünü tutanda içlik qayqanağın bir tərəfinə yayılır və qayğanağın digər tərəfi üstünə qatlanaraq kənarları yüngülcə basılır.

Qayqanaq hazırdır.

Nuş olsun!
Etiketlər: pomidor, Tavaya, Qayqanaq, tökülür, göbələk, yumurta, əlavə, çalınır, tutanda, içlik, özünü, qızmış, qayqanağın, tavaya, qarışığı, qayğanağın, yüngülcə, kənarları, basılır, hazırdır
BİZİ İZLƏYİN