• Pizza omlet resepti

Reseptin məlumatları Baxış sayı: 12 234

Tarix : 11-12-2016, 20:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 1-2


Tərkibi:
4 ədəd yumurta
1 ədəd lavaş (tavanın ölçüsünə uyğun)
Möcüzə
Pomidor
Bibər
Holland və ya Mozarella pendiri
Ədviyyat

Hazırlanması:
-İlk olaraq Tavanı isidin.
-Yumurtaları ədviyyatla birgə bir qabda yaxşıca qarışdırın ki, bişmə zamanı köpsün :)
-Tavaya #Möcüzə əlavə edin və yağın tavanın hər yerinə (kənarlara da) yayılmasına nəzarət edin. Omlet tavaya yapışsın istəmərik.
- Yumurtaları tavaya əlavə edin və vam odda qapağını örtüb 3-4 dəqiqə bişməsini gözləyin.
-Yumurtanın bir üzü qızardıqdan sonra lavaşı üstünə yerləşdirin və tərs üzünə çevirin.
-İlk olaraq biraz pendir, sonra pomidor bibər, zövqə görə qızarmış sosis və ən sonda yenidən pendir əlavə edib qapağı pendir əriyənə qədər bağlayın.

Buyurun, Pizza Omletiniz hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, pendir, Yumurtaları, sonra, olaraq, tavaya, Möcüzə, tavanın, üzünə, yerləşdirin, çevirin, biraz, lavaş, üstünə, lavaşı, Yumurtanın, gözləyin, qızardıqdan, dəqiqə, pomidor
BİZİ İZLƏYİN