• Sobada çörək dilimləri resepti

Reseptin məlumatları Baxış sayı: 12 261

Tarix : 13-12-2016, 14:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
4 dilim boyat çörək
4 ədəd göbələk
2 yemək qaşığı möcüzə yağ
1/4 qaşığı istiot
1/4 qaşığı duz
2 yemək qaşığı doğranmış qara zeytun
8 ədəd balaca pomidor
1 balaca boşqab rəndələnmiş holland pendiri
4 dəstə cəfəri

Hazırlanması:
Göbələklər nazik dilimlənir, pomidorlar ortadan yarıya bölünür və cəfəri xırda-xırda doğranılır. Doğradığımız göbələkləri və qara zeytunu bir boşqaba yığırıq,üzərinə də duz istiotu əlavə edib qarışdırırıq.
Hazırladığımız göbələk qarışımını çörəyin üstünə vururuq və doğranmış pomidorları da yerləşdiririk.
Yağlanmış qaba çörəklərimizi düzərək əvvəlcədən qızdırılmış 200 dərəcəli sobaya yerləşdiririk.
Qızarmağa başlayan çörəklərin üzərinə holland pendiri tökürük 10 dəqiqə daha bişməyə qoyuruq.
Son olaraq sobadan çıxardığımız çörəklərin üzərinə doğranmış cəfəridən səpirik və buyurun hazırdır

Nuş olsun!
Etiketlər: qaşığı, doğranmış, üzərinə, balaca, holland, pendiri, xırda, çörəklərin, cəfəri, yerləşdiririk, göbələk, yemək, əvvəlcədən, qızdırılmış, üstünə, dərəcəli, çörəyin, düzərək, sobaya, Yağlanmış
BİZİ İZLƏYİN