• Yumurtalı pomidor dolması (səhər yeməyi) resepti

Reseptin məlumatları Baxış sayı: 11 140

Tarix : 19-12-2016, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 2-4

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Pomidor 4 ədəd
Yunurta 4 ədəd
Kərə yağı 50q
Duz
İstiot

Hazırlanması:
Zövqünüzə görə göyərti Pomidorların qapaqlarını ehmalca yuxarı hissəsindən kəsib ayırın. Sonra çay qaşığı ilə pomidorlarlın içini təmizləyin. Təmizlənmiş pomidorları bütov halda kərə yağı ilə 3-5 dəqiqə ərzində dərin tavada qapağı örtmədən(!) qızardın. Qızardılan pomidorlar soyuyandan sonra, duz və istiotu pomidorun içinə əlavə edin. Hər bir yumurtanı bir pomidorun içinə yerləşdirin. Sobanızı 200 dərəcəyə qədər isidin. Yumurtanın ağı bişənə qədər, dolmalarınızı bişirməyə davam edin. Hazır dolmaları zövqünüzə görə göyərti ilə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: göyərti, içinə, pomidorun, qədər, əlavə, yerləşdirin, Sobanızı, yumurtanı, istiotu, Qızardılan, pomidorlar, soyuyandan, sonra, dərəcəyə, isidin, dolmaları, zövqünüzə, süfrəyə, bilərsiniz, Hazır
BİZİ İZLƏYİN