• Pendirli blinçik resepti

Reseptin məlumatları Baxış sayı: 22 297

Tarix : 2-01-2017, 16:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Ağ pendir 500q
Şüyüd 1 dəstə
Yumurta 3 ədəd
Un 250q
Süd 500ml
Şəkər tozu 1 x.q.
Duz 2 ç.q.

Hazırlanması:
1. Blinçik xəmirini hazırlamaq üçün süd, yumurta, duz, şəkər tozu və unu birlikdə yaxşıca çalın.Xəmir yetərincə duru olmalıdır.
2. Tavanı yaxşıca isidin və yağlayın. Tava isindikdən sonra çömçə ilə xəmirdən götürüb, xəmiri tavaya töküb, həmin anda tavanı əlinizdə çevirərək xəmiri dairəvi şəkildə tavanın dibinə tam yayın. Xəmirin üzərində deşiklər əmələ gəlməyə və qıraqları qurumağa başlayanda o biri üzünə çevirib 1-2 dəqiqə qızardıb götürün.
3. Blinçiklər üçün içlik hazlrlayaq. Ağ pendiri çəngəl vasitəsi ilə əzib, yumşaq hala gətirin. Şüyüd dəstəsini xırda doğrayıb, pendirin üzərinə əlavə edib, kütləni qarışdırın. Blinçikl üçün içlik hazırdır.
4. Hər blinçikin üzərinə 1 qaşıq pendirli içlik yerləşdirib, blinçikləri səliqəli şəkildə bükürük.
5. Bükülmüş blinçikləri bitki yağı ilə tavada qızardın.
6. Nuş olsun! Hazırladıqdan sonra təəssüratlarınızı bizimlə bölüşməyi unutmayın.

Nuş olsun!
Etiketlər: Qıraqlarının, içlik, şəkildə, xəmiri, yaxşıca, sonra, Şüyüd, blinçikləri, üzərinə, gətirin, doğrayıb, əlavə, pendirin, xırda, dəstəsini, vasitəsi, qızardıb, dəqiqə, çevirib, götürün, Blinçiklər
BİZİ İZLƏYİN