• Havay hamburqeri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 605

Tarix : 21-09-2017, 22:00

Bölmə : Qəlyanaltılar / Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Sous üçün:
Mayonez 1/2 stəkan
Balzamik sirkə 2 ç.q
Bal 1 x.q
Qara istiot 1/4 ç.q

Hamburqer üçün:
Ananas 8 dilim
Qırmızı bolqar bibəri 1 ədəd (iri)
Mal əti qiyməsi 500 q
Duz 1/2 ç.q
İstiot 1/2 ç.q
Holland pendiri 4 dilim
Kərə yağı 2 x.q
Hamburqer çörəyi 4 ədəd
Qırmızı soğan 1/2 ədəd
Yaşıl salat 8 yarpaq

Hazırlanması:
1. Sousu hazırlamaq üçün mayonez, sirkə, bal və istiotu qarışdırın. 30 dəqiqə soyuducuda saxlayın.

Havay hamburqeri resepti - FOTO RESEPT

2. Qrill tavada ananas və bolqar bibəri dilimlərini asta odda üzərində zolaqlar əmələ gələnə kimi qızardın. (Onları həmçinin adi tavadan qızılı rəngəcən qızartmaq olar - red.)

Havay hamburqeri resepti - FOTO RESEPT

3. Mal əti farşını duzlayın və istiotlayın, 4 bərabər hissəyə bölün və kotlet formasına salın. Tavada bir qaşıq kərə yağını əridib koteltləri bişənədək qızardın. Hazır kotletlərin üzərinə 1 dilim holland pendiri qoyub əridin.

Havay hamburqeri resepti - FOTO RESEPT

4. Hamburqer üçün çörəklərin arasını bölün. Təmiz tavada 1 qaşıq yağı əridib çörəklərin iç tərəfini 2 dəq. ərzində qızardın. Hər çörəyin üzərinə sous çəkin, kotlet, 2 ananas dilimi, bolqar bibəri, nazik doğranılmış qırmızı soğan və salatı yerləşdirin. Burgerin üzərinə çörəyin ikinci yarısı ilə örtün.

Havay hamburqeri resepti - FOTO RESEPT

5. Hamburqerləri sousla servis edin.

Havay hamburqeri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dilim, bolqar, bibəri, Hamburqer, üzərinə, qızardın, tavada, çörəklərin, bölün, kotlet, qaşıq, soğan, əridib, ananas, çörəyin, sirkə, Qırmızı, pendiri, Hazır, bişənədək
BİZİ İZLƏYİN