• Qovurmalı quesadilla resepti

Reseptin məlumatları Baxış sayı: 12 976

Tarix : 16-03-2017, 12:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
2 ədəd tortilla (lavaş) çörəyi
250 qram qovurma
2-3 yemək qaşığı zeytun yağı
1 ədəd orta boy quru soğan
1 ədəd dolmalıq qırmızı bibər
1 ədəd dolmalıq sarı bibər
6 dilim cheddar pendiri
4-5 yemək qaşığı Meksika paxlası
1/2 çay qaşığı duz
1/4 çay qaşığı qara bibər
istəyə görə 2 yemək qaşığı jalepeno bibəri turşusu

Hazırlanması:
Soğanı incə incə yeyinti formasında doğrayın. Dolmalıq qırmızı və sarı bibəri ortadan ikiyə bölün. toxumlarıını çıxardıqdan sonra incə incə Jülyen doğrayın.
Tavaya soğanları və zeytunyağını alın. 1 dəqiqə qədər qızğın alovda bişirin. Jülyen doğradığınız biberleri də əlavə edib bibərlər bişirməyə davam edin.
Bibərlər bişdikdən sonra içinə qovurmaları da əlavə edin. Bir az duz, qara bibər və istəyə görə yüngülcə doğradığınız jalapebo bibərlərini əlavə edərək 1 dəqiqə daha bişirin.
Ocaqdan aldığınız tavaya paxlaları əlavə edin və qarışdırın.
Lavaşı tost maşınına alın, üzərinə hazırladığınız xərcin yarısını yayın. Xərcin üzərinə 3 dilim cheddar pendiri qoyun.
Lavaşı ikiyə qatlayın və tost maşınında lavaş qızarıb pendir eriyinceye qədər bişirin.
Bişən Quesadilla'yı istiykən üçbucaq dilimləyin və xidmət edin.

Nuş olsun!
Etiketlər: qaşığı, bibər, əlavə, yemək, bişirin, Jülyen, sonra, doğrayın, bibəri, üzərinə, dəqiqə, lavaş, doğradığınız, Lavaşı, qədər, istəyə, ikiyə, dolmalıq, dilim, cheddar
BİZİ İZLƏYİN