• Siyənək paşteti resepti

Reseptin məlumatları Baxış sayı: 12 121

Tarix : 29-03-2017, 14:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q siyənək filesi
180 q 15%-li xama
3 bişmiş yumurta
göy soğan
1 kasa ağ çörəyin içi
şüyüd

Hazırlanması:
Çörəyi quru tavada qızılı rəng alanadək qızardın.

Bişmiş yumurtaları xırda doğrayın (ya da çəngəllə əzin).

Siyənəklə soğanı blenderdən keçirin. Suxarı, yumurta, xırda doğranmış şüyüd və xama əlavə edib qarışdırın, qara istiot vurun.

Bir gecə soyuducuda saxlayın.

Süfrəyə qara çörək və bişmiş kartofla verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: xırda, yumurta, bişmiş, şüyüd, qarışdırın, əlavə, Suxarı, keçirin, istiot, doğranmış, saxlayın, kartofla, bilərsiniz, çörək, Süfrəyə, soyuducuda, blenderdən, vurun, çəngəllə, tavada
BİZİ İZLƏYİN