• Bruschetta resepti

Reseptin məlumatları Baxış sayı: 3 730

Tarix : 25-05-2017, 22:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2-3 ədəd pomidor
1 ədəd soğan
təzə reyhan
zövqə görə qızardılmış badımcan
mozzarella pendiri
1 diş sarımsaq (keçirilmiş)
5-6 yemək qaşığı duru yağ və ya zeytun yağı
duz
zövqə görə hisə verilmiş qızıl balıq (balıq üçün təzə çüyüd)
italyan üsulu çörək

Hazırlanması:
Çörəyi orta qalınlıqda kəsirik. Sobada və ya tavada iki tərəfini də çox qızartmadan və qaraltmadan qızardırıq. Zeytun yağı və sarımsağı bir qabda qarışdırırıq. Bu qarışığı isti çörəklərin üstünə fırça ilə çəkirik. Pomidor, soğan və bir neçə reyhan yarpağını xırda xırda doğrayıb duz əlavə edib qarışdırırıq. Çörəyi bu qaşırıqla, qızıl balıqla və pomidor-mozzarella pendiri ilə servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qarışdırırıq, balıq, pomidor, qızıl, xırda, pendiri, mozzarella, zövqə, soğan, Çörəyi, reyhan, üstünə, çörəklərin, qabda, Zeytun, sarımsağı, fırça, qarışığı, yarpağını, balıqla
BİZİ İZLƏYİN