• Hummus resepti

Reseptin məlumatları Baxış sayı: 5 028

Tarix : 27-05-2017, 21:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Noxud – 200 qr
Tahin (küncüt yağı ) – 1 və ya 2 x/q
Limon suyu – 2 x/q
Zeytun yağı – 1 və ya 3 x/q
1 və ya 2 diş sarımsaq
Duz və istəyə görə digər ədviyyatlar (qırmızı istiot, zirə, qara istiot…)

Hazırlanması:
Noxudu bir neçə saat suda isladın (bütün gecə olsa daha yaxşı olar), suyunu süzüb yeni suda, təxminən, 2 saat bişirin. Bişdikdən sonra suyunu süzün, amma atmayın. Bütün inqredientləri blenderdən keçirdin. Əgər humus çox qatı alınarsa, əvvəlcədən saxladığınız sudan əlavə edib qatışdırın. Hummusu boşqaba əlavə edib üzərinə zeytun yağı və qırmızı istiot gəzdirin. Bir saat soyuducuda saxladıqdan sonra servis edin.

Nuş olsun!
Etiketlər: istiot, suyunu, əlavə, qırmızı, sonra, əvvəlcədən, saxladığınız, sudan, alınarsa, humus, inqredientləri, blenderdən, keçirdin, Tahin, qatışdırın, soyuducuda, saxladıqdan, servis, gəzdirin, zeytun
BİZİ İZLƏYİN