• İçi doldurulmuş rəngli bibər qəlyənaltısı resepti

Reseptin məlumatları Baxış sayı: 15 881

Tarix : 28-05-2014, 08:12

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
5 ədəd rəngli bibər
200 q ağ (feta) pendiri
100 q xama
1-2 diş sarımsaq
Balaca dəstə şüyüd

Hazırlanması:
Pendir ilə xamanı qarışdırırıq. Sonra sarımsağı təmizləyib yuyub əzib tökürük.
Şüyüdü təmizləyib yuduqdan sonra xırda doğrayıb qarışığa əlavə edib qarışdırırıq.
Bibərləri yuyub təmizlədikdən sonra kiçik hissələrə bölürük.
Qarışığı böldüyümüz bibərlərin içinə yığırıq.
Zövqə görə bəzəyib süfrəyə veririk.

Nuş olsun!
Etiketlər: təmizləyib, yuyub, qarışdırırıq, sonra, hissələrə, bölürük, Qarışığı, kiçik, təmizlədikdən, əlavə, Bibərləri, böldüyümüz, bibərlərin, süfrəyə, veririk, olsun, bəzəyib, Zövqə, içinə, yığırıq
BİZİ İZLƏYİN