• Kükü resepti

Reseptin məlumatları Baxış sayı: 8 155

Tarix : 17-07-2017, 17:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
1 dəstə göy soğan
1 dəstə kəvər
1 dəstə keşniş
1 dəstə çüyüd
4-5 yumurta
1 yemək qaşığı un
duz və istiot
qızartmaq üçün 4-5 y.q. yağ

Hazırlanması:
1. Göyərtiləri artlamaq, yumaq və suyu çəkilsin diyə iki qat qatlanmış bez üzərinə sərib 1 saat saxlamaq.

2. Sonra xırda doğramaq və iri bir kasəyə yığmaq. Üstünə yumurtaları vurmaq, un , duz , istiot əlavə etmək.
Yaxşı qarışdırmaq.
Duzunu yoxlamaq.

3. Tavaya 3-4 y.q. yağ qoymaq və isitmək. Kükünü isinmiş yağa tökmək və qaşığın tərsi ilə üstünü yastıkamaq.
Qapağı örtmək və orta od üstündə 6-7 dəq bişirmək.

4. Bu müddət ərzində kükü biraz özünü tutacaq , bıçaqla ya mətbəx çevirənlə ortadan 4 -6 yerə bölmək ki , içi də bişsin.
5-6 dəq yenə bişirin, sonra yoxlayın. Əgər altı qızarıbsa , tərs çevirin və o biri üzünü də qızardın. Çevirəndə baxın görün, əgər yağ tam çəkilibsə, onda 1 y.q yağ əlavə edin.

Kükünün bir gözəl özəlliyi var - onu həm isti , həm soyuq halda yemək olar. Mən soyuq halda daha çox sevirəm, onda dadı mənə daha "oturmuş" gəlir
Birdə qeyd edim ki, Küküyə bir çox əlavələr edərək, onun dadını zənginləşdirmək olar.
Bir çoxları xırdalanmış qoz ləpəsi qatır , müxtəlif cür səbzilər əlavə edir.
Mənim nənəm Kükünü teyxa göy soğan və kəvər ilə bişirirdi , başqa səbzi qatmırdı.
İranlılar Küküyə sarı kök və zirinc əlavə edirlər.

Nuş olsun!
Etiketlər: əlavə, dəstə, halda, Kükünü, istiot, soyuq, Küküyə, kəvər, soğan, yemək, Kükünün, çəkilibsə, görün, baxın, gözəl, edirlər, özəlliyi, Çevirəndə, zirinc, üzünü
BİZİ İZLƏYİN