• Suyuq resepti

Reseptin məlumatları Baxış sayı: 14 564

Tarix : 20-07-2017, 17:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
2-3 dəstə pərpətöyün
1 baş soğan
2-3 y.q. yağ
1-2 y.q. yumru düyü ( uzun olmaz, ancaq yumru )
3-4 dənə təzə alınça ( olmasa quru da olar, lavaşana, almuxara olar)
Yarım stakan su
Duz * yeməyin özünün dadı neytraldı , ona görə mütləq içinə bir turşməzə nəsə atılmalıdı, məs. alınça və s.

Hazırlanması:
1. Düyünü yuyub, sonra 10 dəq suda saxlamaq.
Səbzini təmizləmək, qalın zolaqları kəsmək ( onları atmaq) , yumaq və doğramaq.

2. Soğanı xırda doğramaq və yağqa qovurnaq. Çox rəngi dəyişməsin. Düyünün suyunu süzmək, soğançaya əlavə etmək. 1 dəq ocağın üstündə qarışdırmaq.

3. Sonra yarım stakan su , doğranmış pərpətöyünü və alınçanı əlavə etmək ( alınçanı çəngəllə bir neçə yerdən deşmək)

Bir əl qarışdırmaq , qazanın qapağını yarımçıq örtmək və orta od üstündə 15-20 dəq bişirmək.

Arada bir dəfə yoxlmaq, görəcəksiz səbzi çoxlu su verib. Bir dəfə qarışdırmaq və yenə qapağı yarımçıq örtüb bişirmək.

Nəticədə smetan qatılığında yemək alınmalıdı , nə çox duru , nə çox qatı. Suyu tam yox , amma xeyli çəkilməlidi.

Bişəndən sonra səbzi xeyli senir , azalır , bunu unutmayın. Bişən kimi verin süfrəyə , yanında sarımsaqlı qatıq.

Nuş olsun!
Etiketlər: qarışdırmaq, üstündə, etmək, doğramaq, sonra, alınçanı, xeyli, səbzi, bişirmək, yarımçıq, stakan, əlavə, alınça, yumru, yoxlmaq, Arada, görəcəksiz, soğan, verib, çoxlu
BİZİ İZLƏYİN