Tərkibi:2,5 st süd
1 st un
2-3 ədəd yumurta
1/2 x.q şəkər tozu
1/4 x. q duz
1 x.q bitki yağı
Qızartmaq üçün:5-6 x.q b.yağı
Tavanı yağla silmək üçün:Pambıq
İçlik üçün:200 q pəhriz kəsmiyi
1 x.q xama
1/2 st kişmiş
2 x.q şəkər tozu
1/4 limon
Qeyd: Yuxarıda göstərilən blinçik reseptinə görə 28-30 ədəd blinçik alınır.
Bu içliyə görə isə 14-15 ədəd blinçiki bükmək olar.
İstəsəniz blinçikin reseptini yarı azalda ya da içliyi iki dəfəyə artıra bilərsiniz.
Hazırlanması:Bilinçiki hazırlamaq üçün bax: Blinçikin hazırlanması
İçliyi hazırlamaq üçün kişmişi yuyuruq. Kəsmiyi, şəkər tozunu, xamanı və kişmişi qarışdırırıq. Limonu sıxıb şirəsini qarışığa əlavə edib qarışdırırıq. İçlik hazırdı.
Hazır bilinçiklərin birini götürüb içinə 1 x.q dolu içlik qoyub adi bilinçik kimi bükürük.
Bükülmüş bilinçikləri yağda hər iki üzünü qızardırıq.
Nuş olsun!
Etiketlər: şəkər, qarışdırırıq, kişmişi, İçlik, hazırlamaq, blinçik, Limonu, üzünü, sıxıb, şirəsini, qarışığa, xamanı, tozunu, İçliyi, olsun, qızardırıq, yuyuruq, Kəsmiyi, əlavə, hazırdı