• Vegetarianlar düzgün qidalanmaq üçün nələrə diqqət etməlidirlər?

Reseptin məlumatları Baxış sayı: 2 714

Tarix : 11-11-2017, 20:00

Bölmə : Qidalanma qaydaları


Heyvansal qidadan imtina edən insanlara vegetarian deyilir. Belə insanlar heyvansal qidanın insanın ömrünü qısaltdığını düşünürlər. Bu doğurdanda belədir mi?

Vegetarianlar 3 əsas qrupa ayrılırlar:
Lakto-ovo vegetarianlar. Heyvan əti, toyuq, balıq əti yeməzlər. Ancaq süd məhsulları və yumurta istifadə edirlər. Vegeterianların 80-90%-ni təşkil edirlər.
Lakto vegetarianlar. Bu qrupa aid insanlar ət yemədikləri kimi, yumurta da yemirlər. Süd məhsullarından istifadə edirlər.
Qatı vegetarian olanlardır. ət, süd, yumurta istifadə etmədikləri kimi heçbir heyvansal maddə istifadə etmirlər. Hətta bal belə istifadə etmirlər.Bu 3 əsas qrupdan başqa ovo- vegetarian (süd yemir, yumurta yeyirlər), pesketarian (ət olaraq sadəcə balıq yeyirlər) və ya semi-vegetarian (ağ ət istifadə edirlər) kimi qruplar var.
Düzdü, bəzi araşdırmalar vegetarianlarda bəzi xəstəliklərə (xərçəng və ürək-damar xəstəlikləri) yaxalanma riskinin daha az olduğu göstərir. Amma istənilən halda vegetarianların mütəxəssisin nəzarəti altında qidalanmağı məqsədə uyğundur. Və mütləq 6 aydan bir qan analizi vermələri zəruridir. Çünki vegetarianlar ət yemədikləri üçün, onlarda Fe, b12, riboflavin, Ca, Zn əksikliyi yaranır

Vegetarianlar düzgün qidalanmaq üçün nələrə diqqət etməlidir?

Mütləq rasionlarında:
– Protein tərkibli: quru lobya, noxud, mərcimək, soya. Onəmli bitkisəl protein qaynaqlarıdır. Hər gün 2-3 dilim pendir. 2-3 stəkan süd məhsulları.

– Dəmir tərkibli: yaşıl yarpaqlı tərəvəzlər, quru meyvələr kətan toxumu, mərcimək, kəklikotu, balqabaq tumu olmalıdır. Əks halda onlarda dəmirdefisitli anemiya yarana bilər. Limon dəmir mənimsəməsini gücləndirir. Məsələn, ispanağın yanında limonlu salat olmazsa aldığımız dəmir itkiyə məruz qalacaqdir

– Vitamin B12 defısıtinin qarşısını almaq üçün – tam taxil, bulqur, yumurta, pendir kimi qidaları rasionnan eksik etməmək lazımdır

B-Vitamins-foods-2
– Orqanizmdə Sink defisitinin qarşısını almaq üçün – ispanaq, göbələk, balqabaq tumu, qatıq, badam, fındıq, kabak, pomidor, banan, lobya kimi qidaların rasionda olmasına diqqət etmək lazımdır.

Önəmli məqam çay qəbuluna diqqət! Çayı yeməkdən 2 saat sonra və ya 1 saat əvvəl içmək lazımdır ki, dəmir mənimsəməsi azalmasın.
Etiketlər: istifadə, yumurta, edirlər, vegetarian, lazımdır, dəmir, diqqət, vegetarianlar, mərcimək, yeyirlər, məhsulları, tərkibli, insanlar, onlarda, etmirlər, lobya, balqabaq, yemədikləri, halda, balıq
BİZİ İZLƏYİN