• Sağlam qidalanmanın 12 qızıl qaydası

Reseptin məlumatları Baxış sayı: 10 877

Tarix : 7-11-2017, 20:00

Bölmə : Qidalanma qaydaları


Yaz mövsümünə az qalıb və birazdan üst geyimlərimizi soyunanda bir çoxlarının güzgüdə görəcəyi mənzərə ürəkaçan olmayacaq.

Çünki qışda üst geyimlərimizin gizlətdiyi artıq kilolarla baş-başa qalırıq. Bu mənzərə ilə qarşılaşmamaq üçün həyatınızda bəzi dəyişikliklər edə bilərsiz.

Sağlam qidalanmanın qızıl qaydalarını sizlərə açıqlayıram:

1. Hər ana öyündə 4 qrupdan uyğun miqdarda (ət, süd-qatıq, tərəvəz, çörək) qidaların olmasına diqqət edin;

2. Mütləq səhər yeməyini yeyin;

3. Yemək saatlarınızı geciktirməyin;

4. Hər gün ən az 30 dəqiqə fiziki aktivliyiniz olsun;

5. Duru yağlara üstünlük verin;

6. Mövsümə uyğun meyvə-tərəvəzlərdən istifadə edin;

7. Sümüklərinizin sağlamlığı üçün kalsiumla zəngin qidaların qəbuluna diqqət edin;

8. Qan azlığının qarşısını almaq üçün dəmirlə zəngin qidaları rasionunuzdan əksik etməyin;

9. Ağ çörək yerinə kəpəkli çörək istifadə edin;

10. Duzdan daha az istifadə edin;

11. Yeməklərin bişirmə qaydasına diqqət edin (yağda qızartmayın);

12. Hər gün 8-10 stəkan su için.
Etiketlər: çörək, istifadə, diqqət, uyğun, qidaların, mənzərə, zəngin, üstünlük, qaydasına, yağlara, verin, Mövsümə, tərəvəzlərdən, meyvə, olsun, aktivliyiniz, dəqiqə, geciktirməyin, saatlarınızı, stəkan
BİZİ İZLƏYİN