• Orqanizmdə vitamin çatışmayanda nələr baş verir?

Reseptin məlumatları Baxış sayı: 1 989

Tarix : 5-04-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Vitamin çatışmazlığına qarşı ən yaxşı təbii vasitələr.
Hər bir vitaminin insan orqanizmində özəl yeri var. Onlardan bir və ya bir neçəsinin çatışmaması, insan orqanizmində çoxsaylı problemlər yaradır.

Diş ətlərinin qanaxması, orqanizmdə C vitamininin çatışmazlığının əlamətidir. Qidalanmaya diqqət yetirmək, çoxlu soğan, sarımsaq, meyvə, tərəvəz, limon yemək lazımdır. Əgər bahalı meyvələrə imkanınız yoxdursa, itburnu cövhərindən, şam iynəyarpağının (iynəyarpaqlı ağacın budağının) həlimindən istifadə edə bilərsiniz.
Dirsəklərin qaz dərisi kimi sərt olması, orqanizmdə C və A vitaminlərinin çatışmazlığının əlamətidir. A vitamini demək olar ki, bütün tərəvəzlərdə və narıncı rəngli meyvələrdə — kök, balqabaq, pomidor, ərik, qaysı qurusu və s. olur. Yalnız onu qeyd etmək lazımdır ki, vitamin A yağla mənimsənilir.
Bədənin quru dərisi, E və B vitamininin çatışmazlığının nəticəsidir. Fındıq, yağlı balıq və bitki yağından istifadə edə bilərsiniz.
Tez sınan dırnaqlar və pis saçlar, B qrupu vitaminlərinin və kalsiumun çatışmamasından xəbər verir.
Siz əsəbi olursuzsa və pis yatırsızsa, bu, orqanizmdə Mg və K vitamininin çatışmazlığından xəbər verir. Çoxlu banan, qaysı qurusu, qara gavalı, çuğundur yemək lazımdır.

Çoxlu duzlu (duza qoyulmuş pomidorlar, xiyarlar, kələm) yeyirsinizsə, bu, orqanizmdə infeksiyanın mövcudluğunun əlamətidir və ya iltihabi prosesin kəskinləşməsindən xəbər verir. Hər şeydən əvvəl sidik-tənasül sisteminə diqqət yetirmək lazımdır.
Əgər ayaqlarınız gecələr qıc olursa, bu, orqanizminizdə kalium və maqneziumun əskik olmasının əlamətidir. Yeməkdə diqqəti məhz mineralları özündə saxlayan məhsullara yönəltmək lazımdır.

Şirniyyatsız dayana bilmirsinizsə, sizin əsəb sisteminiz sıradan çıxıb, sizə qlükoza lazımdır. Əgər sizdə diabet yoxdursa, onda qlükoza qadağan olunmur. Yalnız bu halda bal, acı şokolad yemək lazımdır ki, həzm yolunda problem yaranmasın.

Əgər tum çırtlamaq istəyirsinizsə, ola bilsin ki, sizdə antioksidantlar çatışmır.
Əgər sizi dəniz məhsulları çəkirsə, böyük ehtimalla, söhbət orqanizmdə yodun çatışmazlığından gedir.
Əgər bütün yeməklərinizi duzsuz yeyirsinizsə, onda bu, depressiyadan xəbər verir.
Etiketlər: lazımdır, orqanizmdə, əlamətidir, çatışmazlığının, xəbər, verir, vitamininin, yemək, qlükoza, sizdə, diqqət, çatışmazlığından, yetirmək, bilərsiniz, Yalnız, yeyirsinizsə, Çoxlu, qurusu, qaysı, dərisi
BİZİ İZLƏYİN