• Balın xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 97

Tarix : 15.05.2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Bal bütün xəstəliklərin müalicəsində faydalıdır. Lakin hamı “təmiz” bal seçə bilmir. Balın keyfiyyətini yoxlamaq üçün bir neçə üsul var – baldan bir qədər götürüb onu əlin iç tərəfinə və ya sinəyə çəkirlər. 5-10 dəqiqə keçməmiş bal dəridən sorulur və yerində az miqdar şirəsiz maye qalır. Bala baxanda da onun keyfiyyətini müəyyənləşdirmək olur. Rəngi tünd, yaşılaçalan, qaramtıl olan və ya iki ildən artıq qalan bal keyfiyyətsiz sayılır. Balı su ilı qarışdırıb içdikdə, insan orqanizmini gücləndirir, bütün bədəni, xüsusən də dərini nəmləndirir. Yatmazdan qabaq qəbul olunduqda isə əsəbləri sakitləşdirir. Qaraçörəkotundan alınan yağı balla qarışdırıb oynaqlara sürtdükdə ağrını azaldır.
Qədimdən məlumdur ki,ətə bal sürtüb saxladıqda ət iylənmir və xarab olmur. Bu da balın mikroblara öldürücü təsir göstərməsi ilə əlaqədardır. Buğda unu ilə balın qarışığından qoyulan təpitmə çibanı (furunkulu) yetişdirir və irinin xaric olmasını sürətləndirir. İnək südü ilə qarışdırıb içdikdə isə bəlğəmi durulaşdırır və xaric edir.
Ağız və damaqda olan yaralar da balın təsirindən tez sağalır, boğaz ağrısı tez keçir. Bala bağayarpağı şirəsi qatıb imalə etmək isə bağırsaq yarası üçün faydalıdır. Bu əməliyyat 3 gün təkrar olunmalıdır.

Etiketlər: qarışdırıb, balın, içdikdə, keyfiyyətini, xaric, bütün, faydalıdır, təsir, göstərməsi, Buğda, təpitmə, qoyulan, qarışığından, öldürücü, əlaqədardır, olmur, Qədimdən, azaldır, ağrını, sürtdükdə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica