• Əzələ kütləsini artıran qidalar

Reseptin məlumatları Baxış sayı: 114

Tarix : 7.06.2018, 14:00

Bölmə : Qidalanma qaydaları


1. Yumurta. Böyük miqdarda zülal ehtiyatlarına malikdir. Vitaminlər, sink, dəmir və kalsiy ilə zəngindir. Yumurtadakı bütün bu xüsusiyyətlər onu əzələ kütləsini artırmaq üçün ən mühüm və balanslaşdırılmış ərzağa çevirir.

2. Toyuq filesi. 100 qram toyuq ətinın tərkibində 30 qram zülal mövcuddur. Toyuq filesinin digər özəlliyi isə onu müxtəlif xörəklərdə, cürbəcür dadlarda hazırlana bilməsidir.

3. Su. Baxmayaraq ki, su qida deyil, amma əzələ toxumasının 75%-ni təşkil edir. Gün ərzində lazımi miqdarda su qəbulu enerjiləri bərpa edir, həzm sistemini normallaşdırır, hansı ki, bu amillər əzələlərin düzgün inkişafına səbəb olur.

4. Balıq yağı. Balıq yağı – ağır məşqlərdən sonra orqanizmin bərpa olunmasına yardım edir. Bu isə məşqlərin intensivliyini artırmağa imkan verir. Bundan əlavə, balıq yağı maddələr mübadiləsini sürətləndirir.

5. Mal əti. Mal əti – keyfiyyətli zülalın əla mənbəyidir. Tərkibində çoxlu miqdarda A, E vitamini var.

6. Hinduşka əti. Hinduşka əti də həmçinin, çoxlu miqdarda zülal və 11 vitamini özündə birləşdirir.

7. Qarabaşaq (qreçka) . 100 qram qarabaşaq bioloji dəyəri 90% olan 18 qram protein təşkil edir.

8. Yulaf yarması. Yulaf yarması – zülal, minerallar, vitaminlər və sellüloza ilə zəngindir. Yulaf yarmasının digər özəlliyi isə onun tərkibində gec həzm olunan zülalların, elementlərin mövcud olmasıdır. Bu isə özü-özlüyündə gün ərzində tox qalmağımıza yardım edir.

9. Qızılbalıq. Qızılbalıq – zülal və omeqa -3 yağlarının ideal və ən güclü mənbəyidir. Bu keyfiyyətlər isə əzələ kütləsinin sürətli inkişafına, artmasına səbəb olur.

10. Şor. Nəinki idmançılar, həmçinin sağlam qidalanmaya üstünlük verən insanların gündəlik qida rasionunda şor olmalıdır. 100 qram şorun tərkibində 28 qram təmiz zülal var. Şorun digər üstünlüyü isə onun tərkibində eyni zamanda həm asan, həm də çətin həzm olunan zülalların olmasıdır.

Etiketlər: zülal, miqdarda, tərkibində, Yulaf, digər, əzələ, Toyuq, Qızılbalıq, zülalların, Balıq, inkişafına, yarması, özəlliyi, yardım, səbəb, bərpa, vitamini, Hinduşka, çoxlu, təşkil
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica