• Səhər ilıq su içməyiniz üçün 4 səbəb

Reseptin məlumatları Baxış sayı: 2 395

Tarix : 22-10-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Hamının gündəlik həyatı fərqlidir. Bəziləri səhər yuxudan duran kimi qəhvə içir, bəziləri çay olmadan səhəri açmır, bəziləri də sərin su ilə günə başlayır. Food and Nutrition Sciencesdan kliniki qidalanma mütəxəssisi Stella Metsovas, həkimlərin səhərləri isti su içməyi tövsiyə etdiklərini bildirir. Buna görə səhərləri oyanan kimi içilən ilıq su, bağırsaqlardakı sıxlığı yox edir və bu da həzmi, bağırsaq hərəkətlərini asanlaşdırır. Səhərləri ilıq su içməyin bədənimizə verdiyi 4 fayda:

1. Tez qocalmağın qarşısını alır
Heç kim tez qocalmaq istəməz. Ancaq bədəndəki toksinlərin qocalmanı sürətləndirdiyi həqiqətdir. Bədənimiz toksinləri ata bilmədiyi zaman, xəstəliklər və qocalma təbii bir nəticə olaraq özünü göstərir. Səhərləri içilən ilıq su isə bədənin toksinlərdən təmizlənməsinə kömək edir. Həmçinin dəri hüceyrələrinin özlərini bərpa etmələrinə kömək edir. Bu da dərinin elastikliyini gücləndirir.

2. Ağrıları azaldır
Qarın əzələlərinin rahatlamasını təmin edən ilıq su, sadəcə qarın ağrılarını deyil, kapilyar damarlardakı qan dövranını asanlaşdırdığı üçün bir çox ağrı üçün təbii müalicə təqdim edir.

3. Arıq çəkilərdən xilas olmağınıza kömək edir
Səhərləri oyanan kimi ilıq su içmək bədən istiliyini artırır. Bu da maddələr mübadiləsinin sürətini artırır. Metabolizma fəaliyyəti artan bədən, gün ərzində daha çox kaloriya itirir. Əgər günə bir stəkan limon ilıq su içərək başlasanız, bədən yağlarının əriməsinə kömək etmiş olarsınız.

4. Həzmi asanlaşdırır
Səhərləri içilən ilıq su, həzm sistemini hərəkətə keçirir və bədənin həzm sisteminin fəaliyyətini daha rahat yerinə yetirməsinə kömək edir.
Etiketlər: kömək, Səhərləri, içilən, bədən, təbii, səhərləri, artırır, oyanan, bəziləri, bədənin, asanlaşdırır, dövranını, kapilyar, damarlardakı, asanlaşdırdığı, müalicə, çəkilərdən, təqdim, xilas, deyil
BİZİ İZLƏYİN