• QANAZLIĞIndan xilas edən YEGANƏ MƏHSUL

Reseptin məlumatları Baxış sayı: 509

Tarix : 29.06.2018, 14:00

Bölmə : Qidalanma qaydaları




Qanazlığının əsas səbəbi qanda dəmirin səviyyəsinin azalmasıdır. Buna dəmirdifisitli anemiya deyilir və bu ən yayılmış anemiya növüdür.
Dəmirdifisitli anemiya zamanı dəmirlə zəngin olan məhsulların qidalanmaya daxil edilməsi olduqca vacibdir.
Bir çox insanların fikrinə görə, alma, nar, albalı, qarabaşaq və s. kimi faydalı məhsullar qanda dəmirin səviyyəsini qaldırır və bununla da qanazlığını müalicə edir. Təəssüf ki, bu belə deyil. Bu məhsulların tərkibində olan dəmir orqanizm tərəfindən çox pis mənimsənilir və yalnız bu məhsulların köməyi ilə qanazlığından qurtulmaq mümkün deyil.
Dəmirin ən yaxşı mənbəyi qırmızı ətdir ki, bu məhsulda olan dəmir orqanizm tərəfindən tez və yaxşı mənimsənilir.
Meyvə və tərəvəzlər qanazlığı zamanı müəyyən kömək edə bilər. Lakin ona görə yox ki, onların tərkibində dəmir var. Məsələ burasındadır ki, bu məhsulların tərkibində olan vitamin və turşular dəmirin ətdən mənimsənilməsini daha da yaxşılaşdırır. Bu səbəbdən ət xörəklərinin yanında tərəvəz salatları, göyərti olmalıdır.
Nəzərə almaq lazımdır ki, kalsium əksinə dəmirin sovrulmasını pisləşdirir. Bu səbəbdən, məsələn, dolmanı qatıqla yemək tövsiyə edilmir.

Etiketlər: məhsulların, dəmirin, anemiya, dəmir, tərkibində, mənimsənilir, deyil, zamanı, tərəfindən, orqanizm, qanda, səbəbdən, yaxşı, vitamin, ətdən, turşular, burasındadır, Məsələ, onların, qanazlığı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN