• Möhkəm İMMUNİTET üçün 3 SUPER-MƏHSUL

Reseptin məlumatları Baxış sayı: 90

Tarix : 24.06.2018, 14:00

Bölmə : Qidalanma qaydaları


İmmun sisteminin yaxşı vəziyyətdə olması insanın ümumi sağlamlığında çox böyk rol oynayır.
İmmun sistemi orqanizmin daxili mühitinə nəzarət edərək bizi həm iltihab, həm şiş, həm allergik, həm də autoimmun xəstəliklərindən qoruyur.
İmmun sisteminin möhkəm olması bir çox amillərdən asılıdır və irsiyyət burada ən əsas rollardan birini oynayır. Yəni sadə dildə desək biz artıq zəif və ya möhkəm immunitetlə doğuluruq. Daha sonra isə xarici mühit, qidalanma, həyat tərzi immunitetə təsir edərək olun daha da zəiflədir və ya əksinə möhkəmləndirir.
Bəzi qida məhsulları var ki, bu məhsullar immun sisteminə xüsusilə müsbət təsir edir.

1. Çobanyastığı çayı
Polifenol və bioflavonoidlərlə olduqca zəngin olan çobanyastığı immun sistemini həqiqətən daha möhkəm edir, orqanizmdə iltihabları azaldır, mikrob əleyhinə təsir edir. Həmçinin çobanyastığı bağırsaqlara və sinir sisteminə də çox müsbət təsir edir ki, bu da immunitetin möhkəmləmsində böyük rol oynayır. Çobanyastığı çayı orqanizmə istənilən sitrus meyvələrindən daha güclü immunstimullaşdırıcı təsir edir.
Çobanyastığı çayını hazırlamaq üçün 1 ç.q. otu 250 ml isti suda 30 dəqiqə ərzində dəmləmək lazımdır.

2. Duzlu kələm
Duzlu kələm təbii prebiotik və probiotikdir. Prebiotiklər bağırsaqlarda xeyirli mikroorqanizmlərin çoxalmasına kömək edir. Probiotiklər isə, sadə dildə desək, faydalı mikrofloranın özüdür. Beləliklə, duzlu kələm bağırsaqların mikroflorasını bərpa etmək və saxlamaq üçün əvəzsiz məhsuldur.
İmmun sisteminin vəziyyəti bağırsaq mikroflorası ilə birbaşa bağlıdır. Mikroflora pozulduqda (bu zaman ziyanlı bakteriyalar çoxalır, faydalı bakteriyalar isə azalır) immun sistemi zəifləməyə başlayır.

3. Bal
Bal unikal məhsuldur, təbiətin bizə bəxş etdiyi möcüzədir. Balın faydalı və müalicəvi xüsusiyyətləri saymaqla bitməz. Bal bütün orqanizmə və o cümələdən immun sisteminə olduqca müsbət təsir edir, soyuqdəymə və qrip xəstəliklərinin riskini azaldır, iltihablarla mübarizə edir.

Etiketlər: təsir, İmmun, immun, Çobanyastığı, möhkəm, faydalı, oynayır, müsbət, kələm, sisteminə, sisteminin, azaldır, bakteriyalar, olduqca, çobanyastığı, olması, məhsuldur, Duzlu, sistemi, dildə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica