• Xurma bəhməzinin faydaları

Reseptin məlumatları Baxış sayı: 2 301

Tarix : 18-07-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Təzə xurmanın faydaları kimi onun bəhməzi də müxtəlif xəstəliklərə qarşı fayda verir.
Bir çox narahatlığa qarşı qorunma təmin edən xurma bəhməzinin faydaları bunlardır:
- Qanazlığa qarşı yaxşı təsir göstərir. Bədəndəki dəmir çatışmazlığını aradan qaldıraraq qanı arıtırır. Bu sayədə bədəndəki halsızlığı və yorğunluğu da aradan qaldırır.
- Həzm sistemini rahatlaşdırır. Bağırsaq hərəkətlərini nizamlayaraq qəbizliyə qarşı yaxşı təsiri də xurma bəhməzinin faydaları arasındadır. Beləcə kolon xərçəngi və babasilə qarşı qorunma təmin edir.
- A vitamini ilə zəngindir. Zəngin A vitamini sayəsində ağciyər xərçəngi və ağız boşluğu xərçəngi kimi xərçəng növlərinə qarşı qorunmanı təmin edir.
- Tərkibindəki B-karoten, lutanın, zeaksantin kimi antioksidant maddələr sayəsində hüceyrələri zərərli təsirlərdən qoruyur. Bunun nəticəsində də bir çox xərçəng növlərinə qarşı qorumanı təmin edir.
- Mükəmməl bir dəmir qaynağıdır. Dəmir mineralı, qanın oksigen daşıma tutumunu təyin edir.
- Yaxşı bir kalium qaynağıdır. Kalium, ürək sürətini və qan təzyiqini tənzimləməyə köməkçi olan hüceyrə və bədən mayelərinin əhəmiyyətli bir komponentidir. Bu səbəblə iflic və ürək xəstəliklərinə qarşı qoruyur.
- Bəlğəmi təmizləyir, eyni zamanda öskürəyi kəsir. Bəlğəmi təmizləmək xüsusiyyəti ilə yanaşı boğaz ağrısı və boğazın iltihablanmasına qarşı yaxşı təsir edir. Bronxları rahatlaşdırır.
- K vitamini ehtiva edir. K vitamini sümüklər üçün əhəmiyyətlidir. K vitamininin yanında orta dərəcədə B qrupu vitaminləri də saxlayır.
Etiketlər: qarşı, vitamini, təmin, faydaları, xərçəngi, yaxşı, təsir, rahatlaşdırır, dəmir, xərçəng, aradan, sayəsində, xurma, qoruyur, qaynağıdır, qorunma, Bəlğəmi, növlərinə, bəhməzinin, hüceyrə
BİZİ İZLƏYİN