• Düzgün qayda ilə bişirilməyən balıq faydasını itirir

Reseptin məlumatları Baxış sayı: 2073

Tarix : 6.09.2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Balıq insan orqanizminin sağlamlığı üçün ən vacib qidalardandır və həftədə ən azı 2 dəfə yeyilməlidir, ancaq bir çoxumuz balığı düzgün qaydada bişirmirik.

Bu isə tərkibindəki faydalı zülalların, mineralların və yağların yanmasına, kanserogen xüsusiyyətlər qazanmasına səbəb olur və biz lazım olan faydanı balıqdan ala bilmirik.

Yeməkləri bişirərkən qızartmaqdan uzaq olmağın faydasını bilirsinizmi? Belə ki, qızarma müddətində həm qidalardakı kanserogen maddələr artır, həm də balığın yağı çəkməsi səbəbi ilə yanmış yağ baxımından olduqca kalorili bir qida halını alır.

Balıq bişirməyin ən yaxşı üsulu buxarda bişirməkdir, amma buna vaxt sərf etmək istəmirsinizsə, sobada da bişirə bilərsiniz.

Bundan əlavə, bişirmə müddətində balığın suyunun tam çəkilməməsinə də diqqət edin. Çünki, çox qurumuş olması balıqdakı zülalların zəifləməsi deməkdir.

Balığın qılçıqlarındakı yüksək fosfor ve kalsium tərkibi sümük sağlamlığımız üçün çox faydalıdır, amma balıqdakı bu minerallar əsas olaraq qılçıqların içərisindədir və təəssüf ki, hər balığı da qılçıqları ilə birlikdə yemək mümkün olmur.

Qılçıqları ilə yeyilə bilən balıqların qılçıqlarından imtina etməməyə çalışın. Bu şəkildə tərkibindəki bütün qida dəyərləri orqanizminizə keçmiş olacaq.

Balıq yeyərkən yanına bol limonlu bir salat da hazırlaya bilərsiniz. Bundan başqa, balığa limon sıxmaq da C vitamini sayəsində balığın tərkibində olan omega-3 yağlarının orqanizminiz tərəfindən daha da yüksək dəyərləndirilməsinə səbəb olacaq.

Bir çox insan ağız dadına uyğun olmaması səbəbi ilə balığa limon sıxmaqdan imtina edir, amma balığın limon və yaşıllıqlar ilə yeyilməsi onun faydasını daha da artırmağa kömək olur.

Balıq alarkən təzə olmasına da diqqət etmək lazımdır. Bu səbəbdən səhər saatlarında almağa çalışın. Saatlar keçdikcə xarab olma müddəti tezləşir.


Etiketlər: Balıq, balığın, limon, olacaq, etmək, səbəbi, müddətində, səbəb, faydasını, çalışın, bilərsiniz, insan, yüksək, balıqdakı, diqqət, Bundan, imtina, kanserogen, balığa, balığı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN