• İştahı azaldan qidalar

Reseptin məlumatları Baxış sayı: 3 557

Tarix : 9-09-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Artıq qidalanmanın səbəblərindən biri də budur ki, insanlar yedikləri yeməyin qoxusundan kifayət qədər ləzzət almırlar.

Yəqin ki, əksəriyyət kifayət qədər qida qəbul etmiş olduğu halda yeni xörəyin qoxusu onu valeh edir və onun da dadına baxmaq fikrinə salır.
Alimlər də deyirlər ki, əgər iştahı artıran qoxular varsa, deməli, onu azaldan qoxular da olmalıdır.

Alimlər qoxuları tədqiq etmiş və könüllülərdə sınaqdan keçirmişlər.

Nəhayət, iştahanı hansı məhsulların azaltdığına qərar veriblər.

Bunlar alma, banan, nanə, lavanda qoxularıdır.

Onların təsir mexanizmi asandır:

ilk aclıq hissi zamanı bunlardan birini iyləmək lazım gəlir – 1 neçə dəqiqədən sonra isə iştah itir.
Arıqlamaq üçün aromatik yağları, tez hopan və uzun müddət saxlanılan qoxuları iyləmək məsləhətdir.

Bundan əlavə, aromatik şamların yandırılması bu işdə kömək edə bilər.

Onlar həm də masaya xüsusi gözəllik verir.

Mətbəxdə pəncərə qırağında nanə saxlamaq da iştahı azaltmağa kömək edir.
Şirniyyat bişirilməsi üçün istifadə olunan vanil qoxusu da iştahı azaldır.

Təsadüfi deyil ki, qənnadı fabriklərində işləyənlər nəinki şirniyyatı xoşlamırlar, hətta az yemək yeyirlər.

Ona görə də yemək yeməmişdən əvvəl üzərinə vanil hopdurulmuş kağız parçasını iyləməklə iştahı azaltmaq və yeməkdən çəkinmək mümkündür.
Etiketlər: iştahı, kömək, qədər, qoxular, Alimlər, yemək, kifayət, vanil, iyləmək, qoxuları, etmiş, aromatik, qoxusu, xüsusi, gözəllik, pəncərə, saxlamaq, azaltmağa, qırağında, masaya
BİZİ İZLƏYİN