• Kartof qızartmasına sirkə tökün...

Reseptin məlumatları Baxış sayı: 1 936

Tarix : 12-09-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Kartof qızartması çox asan hazırlanan yemək növüdür. Amma nədənsə hər kəsdə dadlı alınmır, istədiyimiz kimi qızarmır və xırt-xırt olmur. Bəs katrofun dadlı olmasını üçün nə etmək laızmdır?

Kartof seçimi
İlk növbədə seçdiyiniz kartofların keyfiyyətli olmasına diqqət edin. Yaşıl olmayan, yumşalmamış və qızıl rəngində olan kartofları seçməyə çalışın.

Soyuq və sirkəli su
Kartofları suda saxlayanda içərisindəki nişasta yavaş-yavaş tökülür və tərəvəz yumşalır. Bu, kartofların yaxşı qızarmasına mane olan başlıca amildir. Odur ki, kartofları buz kimi suyun içinə atın və bir-iki damcı sirkə əlavə edin.

Soda əlavəsi
Sodanın kartof qızartmasını daha dadlı etdiyini bilirdiniz? Bunun üçün soda və duzu suya töküb qarışdırın. İçinə kartofları da atıb 30 dəqiqə gözləyin. 30 dəqiqədən sonra sonra süzüb qızartmağa başlayın.

Dondurma üsulu
Dondurlmuş kartofların qızardanda xırt-xırt etdiyini yəqin ki, hiss etmisiniz. Eyni üsulu evdə də tətbiq etmək olar. Bunun üçün kartofları dilimləyib, soyuducuya atıb donmasını gözləyin. Ən əhəmiyyətlisi də soyuq halda qızardın.

Yuduqdan sonra süzüb qurumasını gözləyin

Kartofları yuduqdan sonra suyununun təmiz süzülməsini gözləmək lazımdır.
Etiketlər: kartofları, sonra, dadlı, gözləyin, kartofların, etmək, Kartofları, süzüb, Bunun, üsulu, yavaş, Kartof, etdiyini, dəqiqədən, Sodanın, əlavəsi, qızartmağa, əlavə, kartof, qızartmasını
BİZİ İZLƏYİN