• Qatıq suyunun faydaları

Reseptin məlumatları Baxış sayı: 2 199

Tarix : 15-09-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Qatığın və suyunun tərkibində olan kalsium, zülal və B vitaminləri aclıq hissini ortadan qaldıraraq, yağ yandırır. Hüceyrə yenilənməsində də əhəmiyyətli rol oynayır. Ara paylarda xiyar, nanə, bir neçə qaşıq qatıq və qatıq suyu ilə edilən qəlyanaltı, sağlam şəkildə kilo verilməsinə vasitəçi ola bilir.

Sağlam kilo verməklə eyni zamanda bədənin formasının qoruna bilməsi üçün həzm sisteminin vəziyyəti çox əhəmiyyətlidir. Xüsusilə qəbul edilən qidaların həzm edilməsi və xaric olunması çox əhəmiyyətlidir. Müəyyən qidaların səbəb olduğu qəbizlik problemi ilə yağlar bədəndə yığılır. Qatıq suyu tərkibindəki faydalı bakteriyalar ilə bağırsaq florası bərpa edərək, qəbizlik problemini aradan qaldırır.

Qatıq suyu toxluq hissi ilə arıqlama proqramınızda yaxşı bir variantdır. Şəkər xəstəsi və ya insilin müqaviməti olan fərdlər üçün qatıq suyu, təbii dərman funksiyasını yerinə yetirir. Qan şəkərini tarazlıqda tutaraq, fərdin müqavimətinin artırılmasında olduqca faydalıdır.
Bundan başqa toxluq hissi ilə birgə fərdin tox və dinc hiss etməsinə səbəb olur. Qatıq suyuna nanə, kəklikotu və pul bibər kimi ədviyyatlar əlavə edərək, ara paylarda özünüzə həm ləzzətli, həm də faydalı bir müalicə edə bilərsiniz.
Dəri ləkələrinin yaratdığı qayğıdan da qatıq suyu ilə xilas ola bilərsiniz. Səhər və axşam olmaqla gündə iki dəfə ləkəli bölgəyə qatıq suyunu sürtərək dərinizin gözəlləşdiyini görə bilərsiniz.

Qatıq suyu saç, diş və sümüklərin güclənməsinə kömək edir.

Tərkibindəki vitamin və mineralllar sayəsində orqanizmdə bir çox orqanların fəaliyyətini yaxşılaşdırır.
Etiketlər: qatıq, Qatıq, bilərsiniz, qidaların, əhəmiyyətlidir, edilən, səbəb, qəbizlik, hissi, edərək, faydalı, paylarda, fərdin, toxluq, birgə, etməsinə, başqa, Bundan, faydalıdır, suyuna
BİZİ İZLƏYİN