• Bu qidalar qocalmanı ləngidir - SİYAHI

Reseptin məlumatları Baxış sayı: 90

Tarix : 18.09.2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Müasir tibdə qocalma ilə bağlı geniş araşdırmalar aparılır. Alimlər qocalmanı ləngitmək, qocalıqda inkişaf edən xəstəliklərinin qarşısını almaq üçün müxtəlif "yaş əleyhinə" (ingilis dilində - "anti-age") proqramlar hazırlayır.

Bu proqramların əsas tərkib hissələrindən biri düzgün qidalanmadır. Araşdırmalar nəticəsində herontoloqlar (qocalığı araşdıran və qoca insanların sağlamlığı ilə məşğul olan mütəxəssislər) belə qərara gəliblər ki, bəzi vitamin və minerallar anti-age təsirə malikdir. Herontoloqlar bütün insanlara qocalığı "aldatmaq" üçün tərkibində bu vitamin və minerallar olan qidaları öz qidalanmasına daxil etməyi tövsiyə edirlər.

Beləliklə, qocalığı ləngidən vitamin və minerallar və onların mənbələri:
- B6 (lobya, qoz, çaytikanı)
- B12 (treska, okun, karp balıqları)
- K (ispanaq, brokkoli, gül kələmi)
- D3 (balıq yağı, yumurta sarısı)
- Fol turşusu (brokkoli, ispanaq, sitrus meyvələri)
- Omeqa-3 (siyənək, skumbriya, kətan yağı, qoz, avokado)
- kalsium (kəsmik, pendir, qatıq, kefir)
- maqnezium (boranı tumları, küncüt, qarabaşaq, yulaf yarması)
- sink (qarabaşaq, lobya, noxud, araxis)
- selen (braziliya qozu, sarımsaq, şampinyon, qarğıdalı)
- yod (dəniz yosunları, okun və mintay balıqları)

Spirtli içkilər, şəkər və trans-yağlar (marqarin, spred və s. süni yağlar) qocalma prosesləri sürətləndirir.

Etiketlər: minerallar, qocalığı, vitamin, ispanaq, qarabaşaq, yağlar, brokkoli, qocalma, lobya, balıqları, skumbriya, kətan, qatıq, pendir, kəsmik, kalsium, avokado, turşusu, balıq, kələmi
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica