• Orqanizminizi qışa hazırlayın

Reseptin məlumatları Baxış sayı: 1 954

Tarix : 27-10-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Yatın
Yuxunun nə qədər əhəiyyətli olduğunu bəlkə də min dəfə eşitmisiniz. Ancaq zaman-zaman yuxuya lazım olan vacibliyi göstərmədiyimiz həqiqətdir. Əgər gündə tövsiyə edildiyi kimi 7-9 saat yatmırsınızsa, özünüzü fikirləşdiyinizdən daha çox və uzun müddət kefsiz hiss edə bilərsiniz. Yuxu nizamınızı bir öncəlik halına gətirməyi unutmayın.

C vitamini
C vitamini fiziki bir antioksidandır və immunitet sistemi hüceyrələrinin funksiyasını dəstəkləyir. Bibər, narıncı meyvələr, brokoli, kələm kimi qidalar zəngin C vitamini mənbəyidir. Hər gün bu qidalardan ən az birini yeməyə diqqət edin.

Bağırsaq sağlamlığınızı dəstəkləyin
İmmunitet sisteminizin yüzdə 70-i bağırsaqlardadır. Hər gün probiotik yemək və ya probiyotik dəstəkləri almaq, mikrobiomları və həzm yolundakı bakteriyalarla göbələklər arasındakı tarazlığı dəstəkləməyin ən yaxşı yollarından biridir.

Yaşıl bitkiləri daha çox yeyin
Yaz aylarında yaşıl bitkilərlə hazırlanan smoothielərin yerini qış aylarında yaşıl şorbalar ala bilər. İspanaq, cəfəri, brokoli, kələm mətbəxinizdən əksik olmasın.

Su içməyi unutmayın
Bədəninizin düzgün bir şəkildə işləyə bilməsi üçün ən çox ehtiyac duyduğu şeylərdən biri sudur. Özünüzə sevdiyiniz bir su şüşəsi alın və bu şüşəni hər zaman yanınızdan ayırmayın.
Etiketlər: zaman, vitamini, brokoli, aylarında, yaşıl, kələm, unutmayın, yollarından, yaxşı, biridir, bitkiləri, hazırlanan, bitkilərlə, yeyin, Yaşıl, dəstəkləməyin, dəstəkləri, probiyotik, yemək, probiotik
BİZİ İZLƏYİN