• Ətdən çox istifadə hansı fəsadlara yol açır?

Reseptin məlumatları Baxış sayı: 1 883

Tarix : 29-10-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Mədə problemləri
Həddindən artıq ət yemək ən çox həzm sisteminə təsir edir və mədədə bir neçə problemin yaranmasına yol açır. Çətinliklə həzm olunur. Mədədə ağrı, bağırsaqlarda qaz, şişlik kimi problemlər yaranır. Qovurma və qızartmanın yerinə, qaynadılmış ət yemək daha məqsədə uyğundur.

Öd kisəsi problemləri
Ət məhsullarından istifadə yağ istifadəsinin artması deməkdir. Bu öd kisəsinə və mədəaltı vəziyə təsir edir. Xüsusilə, öd kisəsində daş yaranması bu səbəbdən qaynaqlanır.

Qəbzlik
Ətdən çox istifadə bağırsaqlarında qəbzlik yarada bilir. Bunun qarşısını almaq üçün ətlə birlikdə tərəvəzlə qidalanmaq lazımdır.

Ətlə qidalanan insanlar bu tövsiyyələrə diqqət etsin:
- Yaratdığı problemləri azaltmaq üçün əti mütləq tərəvəz və meyvə ilə birlikdə yeyin.

- Yediyiniz ətin mümkün olduqca yağsız olmasına diqqət edin.

- Həzmi asanlaşdırmaq üçün əti yaxşıca çeynəyin.

- Gündə 8-10 stəkan su için.

- Ətlə birlikdə kaloriyası yüksək olan içkilər içməyin.
Etiketlər: birlikdə, problemləri, diqqət, istifadə, təsir, yemək, tövsiyyələrə, insanlar, azaltmaq, qidalanan, etsin, Yaratdığı, tərəvəzlə, Bunun, bilir, qarşısını, almaq, qidalanmaq, mütləq, lazımdır
BİZİ İZLƏYİN